Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Brüsselə səfərə gedir.
Bizim.Media xəbər verir ki, nazir bu barədə “Twitter” səhifəsində məlumat paylaşıb.
“Aİ-nin Rusiyaya qarşı neft embarqosunu ehtiva edən altıncı sanksiyalar paketinin təsdiqlənməsinə təkan vermək üçün Brüsselə gedirəm. Mən həmçinin əlavə silah tədarükünə və Ukraynaya Aİ-yə namizəd statusunun verilməsinə diqqət yetirəcəyəm. Biz inanırıq ki, Ukrayna fərdi və ləyaqət əsasında qiymətləndirməyə layiqdir” – deyə Kuleba qeyd edib.
Bizim.Media
I began my visit to Brussels to push for the sixth EU sanctions package on Russia which must include an oil embargo. I will also focus on further arms supplies and granting Ukraine EU candidate status. We believe Ukraine deserves an individual and merit based assessment.
— Dmytro Kuleba (@DmytroKuleba) May 16, 2022