Bu il 75-ci dəfə keçiriləcək Kann Film Festivalına hazırlıqlar davam edir.
Bizim.Media xəbər verir ki, tədbirdə iştirak edəcək məşhurlara təmizlikçi kimi otel otaqlarından oğurluq edə biləcək şəxslərə qarşı xəbərdarlıq edilib.
Hər il fransız Rivierasında keçirilən və kino dünyasının ən yaxşılarının mükafatlandırıldığı Kann Film Festivalında bu il mühafizə tədbirləri artırılıb. “Westminster Security” festivalı VIP qoruma ilə təmin edəcək.
Xatırladaq ki, keçən il britaniyalı aktrisa Kodie Tuner-Smis səhər yeməyində olan zaman otel otağına girən oğrular onun zinət əşyalarını oğurlayıb. Aktrisa festivalın son günündə iki saat yarım polisə ifadə verdiyini bildirib. Belə bir hadisənin bir daha təkrarlanmaması üçün tədbir görəcəklərini açıqlayan mühafizəçilər məşhurlara da xəbərdarlıq ediblər.
"Təmizlikçi" rolunda otaqlara girərək oğurluq edən şəxslər oteldə hansı məşhurların qalacağı ilə bağlı məlumat toplayıblar.
Qeyd edək ki, bu il Kann festivalı mayın 28-də baş tutacaq. Festivalda “Top Gun: Maverick”, “Elvis”, “Crimes of Future” və “Armageddon Time” filmləri yer alacaq.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Dünya
10:51 / 16.05.2022
Kann Film Festivalı iştirakçılarına oğrularla bağlı XƏBƏRDARLIQ – “Diqqətli olun”
Hazırda oxunan: Kann Film Festivalı iştirakçılarına oğrularla bağlı XƏBƏRDARLIQ – “Diqqətli olun”
Hazırda oxunan: Kann Film Festivalı iştirakçılarına oğrularla bağlı XƏBƏRDARLIQ – “Diqqətli olun”
74526
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.