Kosmodrom rəhbəri tutuldu- VİDEO

Hazırda oxunan: Kosmodrom rəhbəri tutuldu- VİDEO

74459
Rusiyada kosmodrom rəhbəri həbs edilib. 

ANS PRESS-in məlumatına görə, Rusiyanın Amur vilayətindəki kosmodromda tikintisi aparan “Vostoçnı”x9d bazasının direktoru həbs edilib. Bu barədə Rusiya mətbuatı xəbər yayıb. 

Xəbərlərdə bildirilir ki, həbs edilən şəxs "Stroyindustriya-S" MMC-nin baş direktoru Serqey Terentyevdir. Hansı ki, onun firması tikinti işlərində podratçı şirkətlərdən biri kimi fəaliyyət göstərir. 

Terentyev iki ay müddətində işçilərinə maaş verməməsinə görə ittiham olunur. Maaşlarını ala bilməyən işçilər isə buna qarşılıq olaraq aclıq akisyası keçirməklə şikayətlərini yuxarı instansiyalara çatdırıblar. 

Rusiya hökuməti bu kosmodromdan ilk raketi 2015-ci ilin dekabrında buraxmağı planlaşdırır.Bu kosmodromdan ilk kosmonavtlı start isə 2018-ci ildə verilməlidir.

Rusiya İstintaq Komitəsi Terentyevi maliyyə mənimsəmələrində şübhəli qismində saxlayıb. Hazırda komitə tərəfindən 282 milyon dolların hara yoxa çıxdığını araşdırılır. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin