Şirniyyat sexində nöqsanlar aşkar olundu

Hazırda oxunan: Şirniyyat sexində nöqsanlar aşkar olundu

74430
Komitə məlumat yaydı.

Dövlət Komitəsi rayonlar üzrə monitorinqlərini davam etdirir.

Bu barədə Moderator.az -a Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən məlumat verilib.

Komitədən verilən məlumata görə, Şəki Ərazi İdarəsi tərəfindən Zaqatala rayonunda fiziki şəxs Xədicə Balayevaya məxsus çörək sexində və Balakən rayonunda fiziki şəxs Tamara Muqumayevaya  məxsus şirniyyat  sexində yoxlama aparılıb.

Araşdırma zamanı məlum olub ki, hər iki müəssisədə istehsal standartlara uyğun aparılmır. Belə ki, istehsal heç bir texnoloji təlimat və reseptura olmadan həyata keçirilir, istifadə olunan ölçmə vasitələri müqayisəli dövlət yoxlamasından keçməyib, məhsulların markalanması, saxlanma və daşınması düzgün aparılmır. Həmçinin məhsullar qanunvericiliyin tələblərinə əsasən sertifikatlaşmalı olduğu halda, onların uyğunluq sertifikatları mövcud deyildir.

Aşkar olunmuş nöqsanlarla bağlı hər iki müəssisəyə  xəbərdarlıq olunub, nöqsanların aradan qaldırılması ilə bağlı vaxt verilib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin