Finlandiya prezidenti Putinlə telefonla danışıb - NATO-ya daxil olmaqla…  

Hazırda oxunan: Finlandiya prezidenti Putinlə telefonla danışıb - NATO-ya daxil olmaqla…  

74344

Finlandiya Prezidenti Sauli Niinistö və Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub. 

Bizim.Media xəbər verir ki, bu barədə Finlandiya Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilir ki, bu gün baş tutan telefon danışığında prezident Niinistö V.Putinə Rusiyanın 2021-ci ilin sonunda NATO-ya üzv olmamaq tələblərinin və 2022-ci ilin fevralında Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsinin Finlandiyanın təhlükəsizlik mühitini dəyişdiyini söyləyib:  

“Prezident Niinistö Finlandiyanın yaxın günlərdə NATO-ya üzvlük üçün müraciət etmək qərarını açıqlayıb. O, artıq prezident Putinə 2012-ci ildəki ilk görüşdə hər bir müstəqil dövlətin öz təhlükəsizliyini maksimum dərəcədə artırmaq hüququnun olduğunu deyib. Bu, hələ də belədir. Finlandiya NATO-ya daxil olmaqla, öz təhlükəsizliyini gücləndirəcək və öhdəliklərini üzərinə götürəcək. Finlandiya sərhəd qonşuluğunda yaranan praktiki məsələlərlə faktiki və peşəkar şəkildə məşğul olmağa davam etmək istəyir". 

Finlandiyanın dövlət başçısı bildirib ki, müzakirə birmənalı və dürüst olub və mübaliğəsiz aparılıb:

“Gərginlikdən qaçmaq vacib hesab olunurdu". 

Həmçinin qeyd olunur ki, danışıq zamanı Prezident Niinistö Rusiyanın Ukraynadakı müharibəsi nəticəsində insanların çəkdiyi əzablardan dərin narahatlığını bəyan edib:

"O, sülhə ehtiyac olduğunu vurğulayıb. O, həmçinin Ukrayna prezidenti Vladimir Zelenskinin dinc sakinlərin təxliyəsinin təmin edilməsi ilə bağlı mesajlarını Putinə çatdırıb". 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin