Dünyada müsəlmanların sayı sürətlə artır

Hazırda oxunan: Dünyada müsəlmanların sayı sürətlə artır

74307
2050-ci ilədək dünya əhalisi arasında müsəlmanlarla xristianlar ilk dəfə olaraq sayca bərabərləşəcək.

Yeni tədqiqatın gəldiyi nəticəyə görə, 2050-ci ildə ateist, aqnostik və din ətrafında birləşməyənlər dünya əhalisinin çox kiçik bir hissəsini təşkil edəcəklər.

Tədqiqatı "Pew" Elmi-Tədqiqat Mərkəzi aparıb. Bildirilir ki, ABŞ və digər Qərb ölkələrində dinə bağlı olmayan insanların sayı artsa da dindar qruplar da getdikcə böyüməyə başlayır. 2050-ci ildə ümumi dünya əhalisinin sayı indiki 6,9 milyarddan 9,3 milyarda çatacaq.

Araşdırmanın gəldiyi nəticəyə görə, digər böyük dini icmalarla müqayisədə İslam dini daha sürətlə yayılacaq. Bildirilir ki, 2050-ci ildə dünya əhalisi arasında müsəlmanlar və xristianlar ilk dəfə olaraq sayca bərabərləşəcək. Müsəlman və xristian əhali artımının böyük hissəsi Afrikada qeydə alınacaq.

Avropa və ABŞ-da da müsəlmanların sayı artacaq. Məsələn, Avropada əhalinin 10 faizini müsəlmanlar təşkil edəcək. ABŞ-da isə müsəlmanlar hazırki 0,9 faiz göstəricini aşaraq 2,1 faiz olacaqlar. Bu isə ABŞ-dakı yəhudi əhalisindən daha çox deməkdir.

Böyük dini icmalar arasında yeganə buddizmin 2050-ci ildə genişlənəcəyi gözlənilmir. Buna da səbəb Çin və Yaponiya kimi ölkələrdə doğum faizinin aşağı olmasıdır (Azadlıq Radiosu). ”‹

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin