Kürdlərə qoşulan siyasətçi tutulub

Hazırda oxunan: Kürdlərə qoşulan siyasətçi tutulub

74303
Avstraliyanın siyasi xadimi, deputat Metyu Qardiner Yaxın Şərqdən qayıdarkən hava limanında həbs edilib.

ANS PRESS-in məlumatına görə, bazar günü - aprelin 5-də saxlanılan keçmiş deputat İŞİD terror qruplaşmasına qarşı döyüşlərdə iştirak etməkdə ittiham olunur. 

Bildirilir ki, o, Avstraliyanın müxalif Leyborist partiyasının şimal bölgəsinin prezidenti olub. Amma 2015-ci ilin əvvəlində İŞİD-ə qarşı döyüşən kürd silahlılarına qoşulmaq üçün ölkəni tərk edib. Bu məlum olan da isə onu partiyadakı vəzifəsindən azad ediblər.

Qeyd edək ki, Avstraliya ABŞ-ın başçılıq etdiyi İŞİD-ə qarşı koalisiyanın üzvüdür. Ölkənin xüsusi xidmət orqanlarının məlumatına görə, ən az 90 avstraliyalı İŞİD-in tərkibində döyüşür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin