"Rusiyanın hökumətimizi tanıyan ilk ölkə olacağına ümid edirik" - Taliban

Hazırda oxunan: "Rusiyanın hökumətimizi tanıyan ilk ölkə olacağına ümid edirik" - Taliban

74129

“Rusiyanın “Taliban” hökumətini rəsmən tanıyan ilk ölkə olacağına ümid edirik”. 

Bizim.Media xəbər verir ki, bu barədə Əfqanıstanın Moskvadakı müvəqqəti işlər vəkili Camal Nasir Qarval “RİA Novosti”yə müsahibəsində bildirib. 

"Biz buna çox ümid edirik. Xüsusilə istəyirik ki, Rusiya bunu rəsmi şəkildə edən ilk ölkə olsun” – deyə diplomat qeyd edib. 

O, həmçinin “Taliban”ın Rusiya ilə iqtisadi əməkdaşlığı genişləndirmək niyyətində olduğunu söyləyib:

“Biz Rusiyada neft və təbii qaz almaq istəyirik. Bu istiqamətdə müqavilə bağlamağa hazırlaşırıq”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin