Almaniyanın Ukraynaya vəd etdiyi ağır silahların təhvil verilməsi bu ölkələrin hökumətləri arasında guya anlaşılmazlıq səbəbindən ləngiyir. Söhbət özüyeriyən Gepard zenit sistemlərindən gedir.
Bizim.Media “RBK-Ukrayna”ya istinadən xəbər verir ki, bu barədə informasiyanı Almaniyanın Welt nəşri yayıb.
Mənbə yazır ki, Almaniyanın müdafiə naziri Kristine Lambrext Kiyevə ağır silahlar, o cümlədən özüyeriyən Gepard zenit silahlarını vəd edib, lakin Ukrayna tərəfi silah istehsal edən Krauss-Maffei Wegmann (KMW) şirkətinə sifariş verməyib.
Nazir qeyd edib ki, çatdırılma birbaşa Almaniya hökumətindən asılı deyil.
Belə ki, Ukraynaya ağır silahların təhvil verildiyi elan ediləndən bir gün sonra Lambrext Almaniya hökumətinin buna ancaq icazə verdiyini bildirib.
Eyni zamanda, mayın 6-na olan məlumata görə, “Gepard”ın Kiyevə təhvil veriləcəyi dəqiq tarix olmayıb.
Krauss-Maffei Wegmann şirkəti isə Almaniya ilə Ukrayna arasındakı razılaşmaları özünəməxsus şəkildə belə şərh edib. Bəyan edilib ki, silahlar zavodda hələlik hazırlanmayıb, çünki şirkət Almaniya hökumətindən tədarüklə bağlı təsdiq gözləyib.
Xatırladaq ki, bir müddət öncə Almaniyanın özüyeriyən Gepard zenit silahlarını Ukraynaya təhvil verəcəyi məlum olmuşdu. Lakin sonra Almaniyanın “Bild” nəşri İsveçrənin vetosuna görə Berlinin bu sursatlarla bağlı problemlərinin olduğunu bildirib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
12:23 / 12.05.2022
Almaniya zenit sistemlərini Ukraynaya niyə təhvil vermir? – Berlində ÖTÜR-ÖTÜR oyunu
Hazırda oxunan: Almaniya zenit sistemlərini Ukraynaya niyə təhvil vermir? – Berlində ÖTÜR-ÖTÜR oyunu
Hazırda oxunan: Almaniya zenit sistemlərini Ukraynaya niyə təhvil vermir? – Berlində ÖTÜR-ÖTÜR oyunu
73964
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.