Türkiyə 42 milyon turist qəbul etməyi planlaşdırır - Müharibəyə baxmayaraq

Hazırda oxunan: Türkiyə 42 milyon turist qəbul etməyi planlaşdırır - Müharibəyə baxmayaraq

73910

“Türkiyə bu il 42 milyon xarici turist qəbul etməyi planlaşdırır”. 

Bizim.Media “Habertürk”ə istinadən xəbər verir ki, bu barədə çərşənbə günü ölkənin mədəniyyət və turizm naziri Mehmet Ersoy bildirib.

Onun sözlərinə görə, Türkiyə böhranlara qarşı immunitetli olmalı və onlara hazır olmalıdır.

“Məqsəd bu il 42 milyon turist qəbul etmək idi və biz bu istəyimizdən geri dönməyəcəyik”, - deyə nazir bildirib.

O xatırladıb ki, 2019-cu il Türkiyə üçün rekord il olub, ölkəyə 52 milyon turist gəlib və 34 milyard dollar gəlir əldə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin