Generallar azadlığa çıxdı

Hazırda oxunan: Generallar azadlığa çıxdı

73865
Türkiyədə Anadolu Ali Məhkəməsi Balyoz davası üzrə dövlət çevrilişinə cəhddə ittiham olunan 236 nəfərin hamsına bəraət qazandırıb.

ANS PRESS-in məlumatına görə, qalmaqallı iş üzrə ekspert rəylərinə, ifadələrə baxıldıqdan sonra məhkəmə ittihamlar üçün tutarlı dəlillərin olmadığını qət edib. Dinləmə zamanı dövlət ittihamçısı Ramazan Öksüz məhkəməyə təqdim olunmuş gizli səsyazmaları, elektron məlumatlarla iddia olunan çevriliş planı arasında heç bir əlaqənin aşkarlanmadığını bildirib.

Bu məqsədlə Öksüz 236 şübhəliyə, o cümlədən keçmiş birinci ordu komandiri General Çetin Doğan, hazırda MHP partiyasının sədr müavini olan ehtiyatda olan general Engin Alan, keçmiş Hərbi Dəniz Qüvvələri Komandiri admiral Özden Örnek və digərlərinə bəraət verilməsinə dair vəsatat qaldırıb, hakim vəsatəti təmin edib.

Balyoz qalmaqalı ilə bağlı iddialara görə, bir sıra yüksək rütbəli zabitlər, vəzifəli şəxslər 2003-cü ildə ölkədə partlayışlar, müxtəlif zorakılıqlar yolu ilə ölkədə hərcmərclik yaratmaqla höküməti devirməyə çalışıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin