Müharibə olarsa, Qərb Rusiyanın ən böyük şəhərlərini cəmi 90 saniyəyə yer üzündən silməyə hazırdır.
Bizim.Media xəbər verir ki, bu fikirlər Britaniyanın “Daily Express” nəşrində yer alıb.
Mənbə xatırladır ki, apreldə Rusiya prezidenti Vladimir Putin bildirib ki, Britaniya, ABŞ və onların müttəfiqləri sərhədi keçib Ukraynaya hərbi müdaxilə etsələr, onun ölkəsi buna "ildırım sürəti ilə" cavab verəcək.
Qeyd edək ki, Moskva 5977 nüvə silahına malikdir. Bu, Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) ümumi olaraq 5943 nüvə silahına malik olan ölkələrindən bir qədər çoxdur.
Nəşr qeyd edir ki, əgər Putin Britaniyaya və ya digər NATO ölkəsinə nüvə raketi atmaq qərarına gəlsə, bu, nizamnamənin 5-ci maddəsinə uyğun olaraq alyansın bütün 30 üzv dövlətinə hücum kimi qiymətləndiriləcək.
Bizim.Media
- A-
- A
- A+
Dünya
17:21 / 11.05.2022
Qərb Moskva və Sankt-Peterburqu cəmi 90 saniyəyə yerlə-yeksan edəcək: BRİTANİYA MEDİASI
Hazırda oxunan: Qərb Moskva və Sankt-Peterburqu cəmi 90 saniyəyə yerlə-yeksan edəcək: BRİTANİYA MEDİASI
Hazırda oxunan: Qərb Moskva və Sankt-Peterburqu cəmi 90 saniyəyə yerlə-yeksan edəcək: BRİTANİYA MEDİASI
73851
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.