“Marsın və yaxud Yupiterin tərkibinə daxil olsalar da Xersonu azad edəcəyik” - ZELENSKİNİN OFİSİ

Hazırda oxunan: “Marsın və yaxud Yupiterin tərkibinə daxil olsalar da Xersonu azad edəcəyik” - ZELENSKİNİN OFİSİ

73849

Xəbər verdiyimiz kimi, hazırda rus ordusunun nəzarətində olan Xerson vilayətinin "hakimiyyəti" prezident Vladimir Putinə bölgənin Rusiyanın tərkibinə daxil edilməsi xahişi ilə müraciət edəcək.

Ukrayna Prezident Aparatı rəhbərinin müşaviri Mixaylo Podolyak Xerson işğalçı hakimiyyətinin Rusiyaya birləşmək niyyəti ilə bağlı bəyanatını şərh edib.

Bizim.Media xəbər verir ki, bu haqda informasiya Ukrayna mətbuatında yer alıb.

Podolyak Ukrayna ordusunun öz ərazisini azad edəcəyini bildirib.

"Xerson vilayətinin “hakimiyyəti”nin hazırlaya biləcəyi yeganə müraciət məhkəmənin hökmündən sonra əfv ərizəsidir. İşğalçılar istər Marsın, istərsə də Yupiterin tərkibinə daxil olmağı xahiş edə bilərlər. Ancaq nə olursa olsun, Ukrayna ordusu Xersonu azad edəcək”, - Podolyak Twitter-də yazıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin