Türkiyədə həyat dayandı: Bütün ölkədə işıqlar söndü ”“ VİDEO

Hazırda oxunan: Türkiyədə həyat dayandı: Bütün ölkədə işıqlar söndü ”“ VİDEO

73822
Metro və tramvay xətləri işləmir.

Türkiyənin Ankara, İstanbul, İzmir, Trabzon, Aydın, Ədirnə, Muğla, Ərzurum, Tekirdağ, Sinop, Antalya, İzmir, Bursa, Adana, Bitlis, Çanakkale, Hatay, Denizli, Eskişehir, İzmit, Tunceli, Zonguldak, Elazığ, Bilecik və Samsun şəhərlərində elektrik enerjisinin verilişi dayanıb.

Oxu.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyənin əsas elektrik enerjisi olan TEİAŞ-dan (Türkiye Elektrik İletim Anonim Şirketi) verilən məlumata görə, elektrik xətlərində yerli vaxtla saat 10:30 radələrində problem yaranıb və nəticədə bir çox bölgədə elektrik enerjisinin verilişi kəsilib.

Hazırda yaranmış problemin aradan qaldırılması üzərində iş aparılır, şirkətdən bildiriblər.

Son məlumata görə, enerjinin verilişində problemlər İstanbulda həyatı iflic edib. Ölkənin ən böyük şəhərində tramvay və metro xətləri işləmir, metroya giriş bağlanılıb.  

Paytaxt Ankarada da həmçinin elektrikin olmaması səbəbindən metro qatalarının hərəkəti dayanıb.

by
Ankara'da elektrik kesintisi by
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin