Ərdoğan İrana gedir

Hazırda oxunan: Ərdoğan İrana gedir

73786
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın İrana nəzərdə tutulan rəsmi səfərinin tarixi məlum olub. ANS PRESS-in yerli mənbələrə istinadən verdiyi məlumata görə, Ərdoğan 6-7 aprel tarixlərdə İranda rəsmi səfərdə olacaq. 

Ərdoğanın Yəməndə baş verən hadisələr zəminində İrana qarşı səsləndirdiyi bəyanat bu ölkəyə əvvəldən planlaşdırılan səfəri barədə bəzi sualların yaranmasına səbəb olmuşdu. Belə ki, Türkiyə prezidenti, İran və terrorçular Yəməndən çıxmalıdır demiş və baş verən hadisələrə müdaxilə edən ərəb koalisiyasına dəstəyini ifadə etmişdi. 

Ərdoğanın bu açıqlaması iki ölkə arasında gərginliyə səbəb olmuşdu. Belə ki, İran parlamentinin milli təhlükəsizlik və xarici siyasət komissiyasının sədr müavini Mənsur Həqiqətpur Ərdoğanın İran səfərinin təxirə salınmasının labud olduğunu demişdi:

“İrana qarşı səsləndirdiyi bəyanatdan sonra Rəcəb Tayyib Ərdoğanın Tehran səfərinin hər hansı bir müsbət nəticəsi olmayacaq. Bu səbəbdən də həmin səfər təxirə salınmalıdır”x9d. 

Ərdoğan isə açıqlama verərək parlamentdəki hər hansı komissiya sədri ilə həmsöhbət olmadığını, onun səfərlərinin bu cür şəxslər tərəfindən müəyyən edilmədiyi bildirmişdi. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin