Qətərlə Səudiyyə Ərəbistanı və digər ölkələr arasında əlaqələrin normallaşdırılmasına dair razılaşma dekabrın 5-də imzalanacaq.
Bizim.Media xəbər verir ki, bu barədə məlumatı Reuters agentliyi ABŞ rəhbərliyindəki yüksək vəzifəli şəxsə istinadla yayıb.
Mənbə yazır ki, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Bəhreyn və Misir razılaşmaya qoşulacaq. Öz növbəsində, Doha bu ölkələrə qarşı iddialardan imtina edəcək.
5 yanvarda Ər-Riyadda Körfəz Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurası 41-ci Zirvə görüşü keçiriləcək. Budan əvvəl Şuraya daxil olan ölkələrin xarici işlər nazirləri Zirvə görüşünü bölgə ölkələri arasında rəsmi Doha ilə üç il yarımdan çoxdur davam edən münaqişəni həll etmək üçün fürsət kimi qiymətləndirdiklərini bildiriblər.
Bizim.Media
- A-
- A
- A+
Dünya
00:00 / 05.01.2021
Qətər bu ölkələrlə razılaşdı
Hazırda oxunan: Qətər bu ölkələrlə razılaşdı
Hazırda oxunan: Qətər bu ölkələrlə razılaşdı
7377
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.