"Lufthanza" şirkətinə məxsus "Airbus 340" təyyarəsi məcburi eniş etməli olub.
ANS PRESS-in məlumatına görə, sərnişin təyyarəsi Pekin-Münhen reysi ilə uçurmuş. Nəticədə yerli vaxtla saat 13:47-də Rusiyanın Yekaterinburq şəhərində Koltsovo aeroportunda məcburi eniş etməli olub. Bu haqda hava limanının nümayəndəsi Dmitri Tyuxtin danışıb.
Ekipaj üzvlərinin məlumatına görə, buna səbəb sərnişinlərdən birinin halının qəfildən pisləşməsi olub. Ürək tutmasından şübhələndikləri üçün təyyarəni endirməli olublar.
































































































