İlon Mask Donald Trampa “Twitter”də “azadlıq” verəcək – Blok siyasəti dəyişir 

Hazırda oxunan: İlon Mask Donald Trampa “Twitter”də “azadlıq” verəcək – Blok siyasəti dəyişir 

73754

“Tesla” və “SpaceX”in qurucusu İlon Mask ABŞ-ın keçmiş prezidenti Donald Trampın “Twitter” sosial şəbəkədəsindəki hesabının bloklanmasını səhv hesab etdiyini açıqlayıb.  

Bizim.Media xəbər verir ki, sosial şəbəkənin alışını başa çatdırmaq və onun tam sahibi olmaq üzrə olan iş adamı siyasətçinin hesabını qaytarmaq niyyətində olduğunu bildirib.

Onun sözlərinə görə, daimi bloklama nadir olmalıdır və yalnız botların, fırıldaqçıların və spamerlərin hesablarına şamil edilməlidir.  

“Düşünürəm ki, Donald Trampı bloklamaq səhv idi, məncə, səhv idi... Mən həmişəlik bloklamaq qərarını ləğv edərdim, lakin “Twitter” hələ mənim deyil, ona görə də bunun mütləq baş verəcəyini söyləmək olmaz” - deyə Mask söyləyib.  

Bundan əvvəl “Twitter” Maskın 44 milyard dollara satın almaq təklifini qəbul etmişdi. Sahibkar saytı "mümkün qədər əyləncəli" edəcəyinə söz verib. 

Qeyd edək ki, tərəfdarları Kapitoliyə hücum etdikdən sonra Tramp bloklanıb və özü də bu sosial şəbəkəni demokratiya üçün rüsvayçılıq adlandırıb.  

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin