Rusiya nüvə təhdidi məsələlərini Kim Çen Ina tapşırıb? – Türkiyəli politoloqun ŞƏRHİ

Hazırda oxunan: Rusiya nüvə təhdidi məsələlərini Kim Çen Ina tapşırıb? – Türkiyəli politoloqun ŞƏRHİ

73681

“Koreya Xalq Demokratik Respublikasının nüvə sınaqlarını keçirəcəyi ilə bağlı açıqlama Rusiyanın siyasi sifarişi ola bilər”.

Bu sözləri Bizim.Media-ya açıqlamasında türkiyəli siyasi ekspert Hasan Oktay səsləndirib.

“Məqsəd dünyanın diqqətini Ukrayna və Rusiyadan yayındıraraq Ukraynaya gələn yardımları ləngitməkdir”.

KXDR-nın nüvə sınaqları ilə bağlı bəyanatı isə ABŞ-ın BMT-nin Təhlükəsizlik Şurasını çağırmağa sövq edib. Ekspert bildirib ki, Vaşinqton bununla təhlükəsizlik tədbirlərinin gücləndirilməsi ilə bağlı dünyaya mesaj vermək istəyir:

“Rusiya da bu təzyiqlərin fonunda nüvə açıqlamaları verməkdən çəkinərək bu vəzifəni KXDR-nın boynuna qoyub”. 

Ekspert hadisələrin necə cərəyan etməsindən asılı olmayaraq KXDR-in heç zaman Rusiya ilə müttəfiqliyə son qoymayacağını açıqlayıb:

“Avtoritarizmin ən çox tətbiq olunduğu KXDR birmənalı Rusiyaya dəstək olacaq və onun bütün siyasi sifarişlərini həyata keçirməyə çalışacaq. Çünki müasir sivilizasiyadan təcrid siyasəti KXDR üçün Rusiyanı dəstəkləməkdən başqa çıxış yolu qoymayıb”.

Leyla Şah, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin