Moskvanın şərqində DAVA: Bir erməni öldü, ikisi yaralandı

Hazırda oxunan: Moskvanın şərqində DAVA: Bir erməni öldü, ikisi yaralandı

73507

Moskvanın şərqində baş verən davada bir Ermənistan vətəndaşı ölüb, ikisi yaralanıb. 

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı “mk.ru” saytı yayıb.

Yaralananların əkiz qardaş olduğu deyilir. Mənbə yazır ki, hadisə bazar günü gecə Rusakovskaya küçəsində baş verib. 

Saat 03.30 radələrində “Bakinskiy domik” restoranının yaxınlığında vətəndaşlar arasında münaqişə başlayıb və nəticədə bıçaqlı davaya çevrilib. 

İkisi 30 yaşlı əkiz qardaş olan üç Ermənistan vətəndaşı ağır yaralanıb. Onlardan biri ertəsi gün xəstəxanada dünyasını dəyişib, ikincisi qarın yarası ilə xəstəxanaya yerləşdirilib. Ermənistan vətəndaşı olan 31 yaşlı 3-cü şəxs döş qəfəsi yarası ilə xəstəxanaya aparılıb.
Cinayəti törətməkdə şübhəli bilinən Qafqaz əsilli, 25-30 yaşlarında olan kişi axtarışa verilib. Münaqişənin səbəbləri müəyyən edilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin