Şarl Mişel Odessada Ukraynanın baş naziri ilə görüşü yarımçıq qoydu - SƏBƏB

Hazırda oxunan: Şarl Mişel Odessada Ukraynanın baş naziri ilə görüşü yarımçıq qoydu - SƏBƏB

73499

Avropa Şurasının rəhbəri Şarl Mişel mayın 9-da Odessaya səfəri zamanı Ukraynanın baş naziri Denis Şmıqalla görüşü raket zərbəsinə görə yarımçıq qoyub.

Bizim.Media xəbər verir ki, bu haqda informasiya “RİA Novosti” nəşrində yer alıb. 

"Ukraynanın baş naziri ilə görüş zamanı iştirakçılar Odessa vilayətinə raketlərin düşməsi ilə əlaqədar sığınacağa getmək üçün fasilə verməli olublar", - Avropalı mənbə bildirib.

Bundan sonra rəsmilər bomba sığınacağında görüşü davam etdirməyə məcbur olublar.

Qeyd edək ki, Mişel Odessaya Avropa Gününü qeyd etməyə gəlib.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin