Putinin rəqqasə, akademik qızı - VİDEO

Hazırda oxunan: Putinin rəqqasə, akademik qızı - VİDEO

73498
Moskva Dövlət Universitetində (MDU) işləyən Yekaterina Tixonovanın Putinin qızı olduğunu təsdiqləyiblər.

ANS PRESS-in məlumatına görə, bunu MDU-nun rəhbərliyinə yaxın olan, lakin adının açıqlanmamasını istəməyən bir şəxs bildirib. O, "Reuters"ə müsahibəsində Tixonovanın Putinin qızı olub-olmaması sualına "Bəli, bu odur", deyə cavab verib.

Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov isə Tixonova haqqında soruşulan suala "Mən bilmirəm, o, kimdir" deyib. Daha sonra jurnalistlər Putinin qızının MDU-da işləyib-işləmədiyini soruşublar. Peskov isə "Mən bilmirəm. Bu, mənim işim deyil. Mən Putinlə məşğulam, qızı ilə deyil", - deyə cavab verib.

Qeyd edək ki, Yekaterina Tixonova "Milli intelektual inkişaf" fondunun rəhbəri, "İnnovatika" təşkilatının direktoru, Moskva Dövlət Universitetinin elmi şurasının üzvü, beynəlxalq akrobatik rok-n-roll konfederasiyasının vitse-prezidentidir.














© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin