Bu ilin fevral ayında Türkiyənin neft və neft məhsulları idxalının ümumi həcmi 2021-ci ilin eyni ayı ilə müqayisədə 31,1 faiz artaraq 3 milyon 207 min 282 tona çatıb.
Bizim.Media “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun (EPDK) mayın 9-da dərc etdiyi hesabatda deyilir.
Hesabata görə, qara qızıl idxalının əsas hissəsini təşkil edən xam neft təklifi 46,9 faiz artaraq 2 milyon 345 min 489 ton olub.
Göstərilən dövrdə dizel yanacağının idxalı illik müqayisədə 1,4 faiz azalaraq 670 min 906 ton olub.
İdxalın qalan hissəsini aviasiya və dəniz yanacağı, benzin, mazut növləri və digər məhsullar təşkil edib.
Fevralda Türkiyəyə neft ixracında liderlər İraq - 1 milyon 43 min ton, Rusiya - 803 min 447 ton, Qazaxıstan 489 min 43 ton olub.
Bununla yanaşı, fevralda avtomobil benzini satışı ötən ilin müvafiq ayı ilə müqayisədə 41,9 faiz - 229 min 969 tona, dizel yanacağı 2,3 faiz artaraq 2 milyon 772 min 821 tona çatıb.
Neft məhsullarının satışının ümumi həcmi 6,8 faiz artaraq 2 milyon 134 min 791 ton təşkil edib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
20:25 / 09.05.2022
Türkiyəyə neft ixracında İraq, Rusiya və Qazaxıstan lider oldu
Hazırda oxunan: Türkiyəyə neft ixracında İraq, Rusiya və Qazaxıstan lider oldu
Hazırda oxunan: Türkiyəyə neft ixracında İraq, Rusiya və Qazaxıstan lider oldu
73497
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.