Paris Apellyasiya Məhkəməsi Fransanın keçmiş baş naziri Fransua Fiyonu həyat yoldaşının qondarma işə götürməsi işi üzrə bir il müddətinə azadlıqdan məhrum edib .
Bizim.Media Fransa mətbuatına istinadən xəbər verir ki, mayın 9-da Paris Apellyasiya Məhkəməsi Fiyonu dövlət vəsaitlərini mənimsəməkdə, korporativ aktivlərdən sui-istifadədə iştirakda və gizlətməkdə təqsirli bilib.
Keçmiş hökumət başçısının arvadı Penelopa Fiyo isə iki il müddətinə şərti olaraq azadlıqdan məhrum edilib.
Qeyd edək ki, 2020-ci ilin iyununda Paris məhkəməsi Fiyonu dövlət vəsaitlərini mənimsəməkdə təqsirli bilib və onu üç il müddətinə azadlıqdan məhrum edib.
Eyni zamanda sabiq Baş nazir 375 min avro cərimə və seçkili vəzifə tutmaq üçün on il müddətinə qadağaya məruz qalıb. Fiyonun həyat yoldaşı Penelopa isə dövlət vəsaitlərinin mənimsənilməsinə şərik olmaqda və gizlətməkdə təqsirli bilinib. O, üç il şərti həbs və 375 min avro məbləğində cərimə cəzasına məhkum edilib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
17:37 / 09.05.2022
Fransanın keçmiş baş naziri həbs edildi – İLGİNC SƏBƏB
Hazırda oxunan: Fransanın keçmiş baş naziri həbs edildi – İLGİNC SƏBƏB
Hazırda oxunan: Fransanın keçmiş baş naziri həbs edildi – İLGİNC SƏBƏB
73475
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.