ABŞ səfirliyi müvəqqəti işlər vəkili Kristina Kvin və digər amerikalı diplomatların Kiyevə qayıtdığını elan edib.
Bizim.Media “Avropa Pravdası” nəşrinə istinadən xəbər verir ki, bu barədə ABŞ səfirliyinin Ukrayna mətbuatına göndərdiyi press-relizdə deyilir.
Press-relizdə səfirliyin geri qaytarılmasının nasizm üzərində Qələbə Gününə təsadüf etdiyi xüsusi qeyd olunub.
Jurnalistlər amerikalı diplomatların ABŞ-ın Kiyevdəki səfirliyinə gəlişini lentə almağa və diplomatlarla əlaqə saxlamağa dəvət olunub.
Bizim.Media