Yenilik: Böyüklər üçün uşaq bağçası

Hazırda oxunan: Yenilik: Böyüklər üçün uşaq bağçası

73310
Amerikada özünü uşaq kimi hiss etmək istəyən böyüklər üçün uşaq bağçası açılıb. ANS PRESS-in məlumatına görə, Nyu-Yorkun Bruklin rayonunda yaradılan uşaq bağçasında hələki altı nəfərlik bir qrup fəaliyyət göstərir. 

Qrupda "tərbiyə olunanlar" arasında hüquqşünas, proqramçı və yazıçı var. Onların "tərbiyələndirilməsi" proqramına müxtəlif oyunlar, şəkil çəkmək, plastilinlərlə füqurlar düzəltmək daxildir. "Uşaqlar" üçün sakit saat və günorta yeməyi nəzərdə tutulub. Bundan əlavə, hər "uşağın" iki yaşlını çağırmalı olduğu valideyn iclası da tətbiq edilir. 

Uşaq bağçasında vaxt keçirməyin məbləği müştərinin maliyyə durumundan asılı olaraq dəyişir. Tərbiyəçilərə isə 333 dollardan 999 dollaradək maaş ödənilir.

Müəsissənin yaradıcısının sözlərinə görə, uşaq bağçası böyüklərin öz daxilindəki uşaqları müvəqqəti də olsa azadlığa buraxa bilmələri üçün düşünülüb. 
Güman edilir ki, bu bağçaya getməklə şəhər sakinləri həyata daha asan yanaşacaqlar, özlərinə daha çox güvənəcəklər və sadəcə vaxtlarını yaxşı keçirəcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin