ABŞ-ın BMT-dəki nümayəndəsi Türkiyəyə səfərini təxirə saldı - SƏBƏB

Hazırda oxunan: ABŞ-ın BMT-dəki nümayəndəsi Türkiyəyə səfərini təxirə saldı - SƏBƏB

73295

ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Linda Tomas-Qrinfild mayın 9-da Suriya ilə Türkiyə sərhədinə səfərini təxirə salıb.

Bizim.Media xəbər verir ki, bu barədə ABŞ-ın BMT-dəki missiyasının mətbuat xidməti bildirib.

"ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Linda Tomas-Qrinfildin mayın 9-da Türkiyəyə planlaşdırılan səfəri təxirə salınıb", - deyə qeyd olunub.

Bildirilib ki, Linda Tomas-Qrinfildin mayın 9-10-da “Suriya və regionun gələcəyinə dəstək” mövzusunda Avropa İttifaqının sədrliyi ilə keçirələcək konfransında ABŞ nümayəndə heyətinin rəhbəri kimi Brüsselə səfər edəcək.

Brüsseldəki konfrans çərçivəsində ABŞ-ın BMT-dəki daimi nümayəndəsi "Suriya siyasi prosesinə beynəlxalq dəstək perspektivlərini, habelə insan hüquqlarının pozulmasına görə məsuliyyət cəlb olunma məsələlərini müzakirə etmək üçün nazirlər görüşü keçirəcək".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin