Hindistanın Madhya Pradeş ştatının sakini 15 il birlikdə yaşadığı üç qadınla eyni vaxtda evlənib.
Bizim.Media xəbər verir ki, 42 yaşlı Samrata Muryanın toyu altı uşağının iştirakı ilə baş tutub.
İcma adətlərinə görə, mərasim üç gün davam edib. Qadınların ən kiçiyinin 30, böyüyünün 35 yaşı var.
Qeyd edilir ki, Hindistanda çoxarvadlılığın rəsmi qadağasına baxmayaraq, bəzi kənd və icmalarda kişilər hələ də iki və ya daha çox qadınla evlənirlər.
Bizim.Media