“29 aprel - 1 may tarixlərində Rusiyanın Ukraynadakı əməliyyat bölgəsi olan Donbasda oldum. Donetskdən Mariopula qədər bir çox fərqli şəhəri gəzdik. Orada rusiyalı nümayəndələrlə və yerli əhali ilə də görüşdüm. Müharibəni uzatmaq və ərazini böyütmək istəyən Qərb tərəfidir. Yəni ABŞ”.
Bu fikirləri BizimMedia-ya açıqlaması zamanı Rusiyada yaşayan türkiyəli tarixçi və politoloq Mehmet Perinçek bildirib.
Müharibə vaxtı Rusiyanın nəzarəti altına keçən Mariopulu Rusiya hökumət nümayəndələri ilə birgə ziyarət edən Perinçek hesab edir ki, rəsmi Moskvanın Moldovoya hücum etmək niyyəti yoxdur. Lakin bunu labüd edən məqamlar da var.
MÖVZU İLƏ BAĞLI:
Mehmet Perinçek: “Ermənistandakı revanşistləri Moskvanın əli ilə susdurmaq lazımdır”
“Xüsusən də, Moldovanı Rusiyaya qarşı ikinci cəbhə olaraq açmaq istəyirlər. Bununla da Rusiyanın gücünü bölərək, daha da zəiflətmək istəyirlər. Digər tərəfdən Ukrayna öz nəzarətindəki bölgələrdə bütün hava limanlarını itirib. Moldovada olan 2 hava limanını istifadə etmək istədiyini bildirib. Bununla da Moldovanı müharibənin içərisinə çəkmək istədiklərini deyə bilərik. Həm Ukrayna, həm Qərb, həm də ABŞ Rusiyaya ikinci bir cəbhə olaraq, Moldova cəbhəsini açmaq istəyirlər. Digər tərəfdən də Ukraynaya logistik dəstək baxımından hava limanlarını istifadə etmək istəyir”.
Türkiyəli tarixçi hesab edir ki, rus ordusu böyük qərarlılıqla irəliləyir.
“Həm oradakı insanların dəqiq fikiri ondan ibarətdir ki, müharibə Rusiyanın istəyi ilə başlamadı. Müharibə 8 ildir davam edirdi. Rusiya bu əmliyyatla müharibəni başlatmaq deyil, 8 il davam edən müharibəni, münaqişəni bitirmək məqsədiylə etdi. Orada olduğum müddət ərzində Rusiyanın qərarlı olduğunu da gördüm. Sonuna qədər davam edəcəkləri də bəlli olur”, - deyə M.Perinçek əlavə edib.
Tehran, Bizim.Media