Putin milyonçuları başına yığıb az qala yalvardı ki, Avropa və Amerikadakı pullarınızı gətirin ölkəyə, sizə yuxuda görmədiyiniz güzəştlər tətbiq ediləcək. Rus milyonçularının xaricdəki kapitalının həcmiylə bağlı təxmini qoymətləndirmə nə qədərdir? Sizcə Putin milyonçuları inadıra biləcəkmi?
Moderator.az bu sualla eks-spiker Rəsul Quliyevə müraciət edib və aşağıdakı cavabı alıb:
"Putinin istənilən vədi, çağrışı, yalvarması oliqarxların kapitallarını Rusiyaya gətirməsi ilə qurtara bilməz. Putin artıq yerdən ayrılıb boşluqdakı kimi daim uçur, qeyri-real xəyalları, arzuları onu gerçəklikdən uzaqlaşdırıb. Ona hələ də kapitalın çox intensiv Rusiyadan uçduğu çatmayıb, elə bil insan Rusiyada yox, məsələn, Çində yaşayır. Hansı dəli oliqarx pulunu (dollarını və ya avrosunu) Rusiyaya gətirib taxta rubla dəyişər? Çünki bu pulları gətirtməkdə Putinin ancaq bir məqsədi var- rublun məzənnəsini saxlamaq üçün eksçenc bazarına çıxarsın. Yəni oliqarxların Putinin çağrışı ilə pul gətirmələri absurddur. Putin düşünür ki, oliqarxlar da sadə rus mujiki kimi onu milli qəhrəman hesab edirlər. İkncisi, pulun Rusiyaya qayıtmasına oliqarxlar istəsə belə Qərb ölkələri imkan verməz. Söhbət oliqarxların bütün pullarından yox, ofşor zonada olan pullarından gedir. Yəni qəbul etdikləri qanun ofşor pullara aiddir. Ofşor pulların gəlməsinə böyük şübhəm var. Ancaq o banklarda pul saxlayan rusların ölkəni kütləvi tərk etmələri labüddür."































































































