Erməni mətbuatı bu səhər Ağdərənin Talış kəndi yaxınlığında həlak olmuş erməni əsgərlərin adlarını açıqlayıb.
Moderator.az -ın məlumatına görə, hələ ki, üç əsgərin adı açıqlanır. Bunlar 1996-cı il təvəllüdlü Hakop Xaçatryan, 1995-ci il təvəllüdlü Eduard Hayrapetyan, 1995-ci il təvəllüdlü Arşak Harutunyandır.
Qeyd edək ki, erməni mətbuatı daha çox erməni əsgərin həlak olduğunu bildirir. Ermənistanın tanınmış jurnalisti Romella Mnasakanyan isə bildirib ki, Ermənistan ordusu Ağdərənin Talış kəndində bu gün 10 nəfərə itki verib.
“Ermənistan rəhbərliyi erməni anaların qəzəbindən qorxaraq itkini gizlədir”x9d, - deyə Romella Mnasakanyan vurğulayır.


































































































