Ukrayna və Rusiya sükut rejiminə dair razılığa gəldilər – RƏSMİ AÇIQLAMA

Hazırda oxunan: Ukrayna və Rusiya sükut rejiminə dair razılığa gəldilər – RƏSMİ AÇIQLAMA

72812

Ukrayna və Rusiya Azovstal ərazisində mayın 5-dən 7-dək atəşkəs rejiminin yaradılması barədə razılığa gəliblər. Mariupolun müdafiəçiləri bu vaxtdan mülki əhalini evakuasiyaya hazırlamaq üçün istifadə edəcəklər.

Bizim.Media RBK-Ukrayna nəşrinə istinadən xəbər verir ki, bu barədə baş nazirin müavini, reinteqrasiya üzrə nazir İrina Vereşçuk bildirib.

“Oradakı hərbçilərimizə qadın və uşaqları dağıntılar və zirzəmilərdən çıxarmaq və onların təxliyəsini təmin etmək üçün bu vaxt lazımdır. Ruslar “Azovstal”a bütün yanaşmaları minalayırlar, ona görə də avtobusların evakuasiya sahəsinə çatması üçün minaları təmizləmək üçün zamana ehtiyacımız var”, - Vereşçuk bildirib.

Onun sözlərinə görə, indi söhbət mülki şəxslərin təxliyəsindən gedir. Ukrayna tərəfi yaralı əsgərlərin siyahısını verib, lakin onların çıxarılması ilə bağlı hələlik razılaşma əldə edilməyib.

Vereşçuk əlavə edib ki, “evakuasiya karvanı həmçinin Mariupolun özündən, Port Siti ticarət mərkəzindən və Zaporojyeyə gedərkən marşrut boyunca insanları götürməyə çalışacaq”.

O qeyd edib ki, evakuasiya yalnız davamlı atəşkəsə əməl olunarsa mümkündür. Bununla bağlı nazir razılaşmaların nəticə verəcəyinə ümid etdiyini bildirib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin