“İnşallah, Qarabağı azad etdikdən sonra...”x9d.
Azərbaycan bizim canımızdır, Canımız Azərbaycana qurban olsun.
Oxu.Az xəbər verir ki, bu sözləri Çanaqqala zəfərinin 100-cü ildönümünə həsr olunmuş rəsmi mərasimdə APA-nın Türkiyə müxbirinin “Azərbaycana hansı mesajı vermək istərdiniz?”x9d sualına cavabında baş nazir Əhməd Davudoğlu deyib.
Ə.Davudoğlu əlavə edib ki, belə tədbirlərdə hər iki ölkə hər zaman bir yerdə olmalıdır:
“İnşallah, Qarabağı azad etdikdən sonra da bu cür təntənəli mərasim keçirəcəyik”x9d.
Xatırladaq ki, Türkiyədə I Dünya müharibəsi zamanı baş vermiş Çanaqqala savaşında qələbənin 100-cü ildönümü qeyd edilir.































































































