Zorlanmış 15 yaşlı qızdan ürək sızladan məktub: "38 kiloyam..."

Hazırda oxunan: Zorlanmış 15 yaşlı qızdan ürək sızladan məktub: "38 kiloyam..."

72776
Türkiyə məhkəməsi 15 yaşlı qızı zorlayanlara bəraət hökmü çıxarıb. 

ANS PRESS-in məlumatına görə, Karamanda yaşayan Z.C.-yə təcavüz etdiyi iddia edilən 8 nəfərin bəraətinə qızın öz razılığı ilə cinsi əlaqəyə girdiyi əsas gətirilib. Məhkəmənin bu qərarı ictimaiyyət tərəfindən qəzəblə qarşılanıb.

Məhkəmədə özünü müdafiə etməyi bacarmayan çəlimsiz yeniyetmə, onu zorlayanların günahsız olduğu bəradə hökm verən hakimə məktub yazmaqla ürək sözlərini çatdırıb. O, məktubuna "hakim əmi" yazaraq başlayıb:

"Hakim əmi, mən başıma gələnləri utandığım üçün, bir də polislərin və sizin mənə inanmadığını gördüyüm üçün, məni ələ saldığınız üçün məhkəmədə anlata bilmədim. Həm də mən artıq bütün kişilərdən qorxuram, hər kişinin mənə təcavüz edəcəyini zənn edirəm. Hakimsiz, bir daha mənim üstümə qışqırma. Məni danlamayın. 15 yaşında 38 kilo bir qızam. Məni zorlayan o adama necə gücüm çata bilərdi? Ona qarşı necə güc gələ bilərdim? Polislər də, siz də məni suçladız. "Nədən etiraz etmədin, niyə icazə verdin?" deyə məni günahlandırdız. Bu adamın çəkisi və gücü məndən ən az üç dəfə çoxdur. Bir kişi ilə mənim gücümü necə bir tutursuz?"

Z.C. məktubunu bu sözlərlə bitirib: "Canlı cənazə kimiyəm. Ancaq ölməyimi düşünürəm, fikrimdə baş şey yoxdur. İntihar edəcəkdim, bacarmadım. Bu son ifadəmdir. Mənə inanmayan, məni ələ salar kimi davranan, alçaldılan məhkəmənizə gəlməyəcəm. Sizi ədalət və vicdanınızla baş başa buraxıram!"
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin