Latviya Ukraynaya yardım edən lider ölkələr sırasına daxil oldu

Hazırda oxunan: Latviya Ukraynaya yardım edən lider ölkələr sırasına daxil oldu

72626

Latviya Ukraynaya göstərilmiş yardımın həcminə görə dünyanın ən yaxşı ölkələri sırasına daxil olub.

Bizim.Media Latviya mətbuatına istinadla xəbər verir ki, bu barədə məlumatı Almaniyanın Kil şəhərində yerləşən Dünya İqtisadiyyatı İnstitutu (İfW) yayıb.

İnstitutun məlumatına görə, Latviya Ukraynaya 226,4 milyon avro məbləğində yardım edib və bu yardım, əsasən, müdafiə sektoru ilə bağlı olub. Ukraynaya göndərilmiş yardımın həcminə görə Latviya digər Baltikyanı ölkələri qabaqlayır: - Estoniyanın töhfəsi 221,6 milyon avro, Litvanın töhfəsi 92 milyon avro məbləğində qiymətləndirilir.

Ukraynaya göstərilmiş yardımın təxmini dəyərini dəstək verən hər bir ölkənin illik ümumi daxili məhsulunun (ÜDM) payında götürsək, öz iqtisadiyyatının həcminə görə ən böyük töhfəni Estoniya (Ukraynaya göstərilmiş yardım ÜDM-in 0,8 faizi həcmində qiymətləndirilir), Latviya (ÜDM-in 0,74 faizi) və Polşa (ÜDM-in 0,46 faiz) verib.

Qeyd edilib ki, Aİ və Avropa İnvestisiya Bankının yardımının ümumi məbləği hazırda 12,8 milyard avro təşkil edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin