Rusiya Dövlət Dumasının deputatı Yaroslav Nilov rusiyalılara dördgünlük iş həftəsinə keçidin yaxın gələcəkdə baş verəcəyini bildirib.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, o, artıq bəzi müəssisələrin distant və ya natamam məşğulluq çərçivəsində bu formatda işlədiyini qeyd edib.
Bundan əlavə, koronavirus pandemiyası zamanı bu, kadrların saxlanılması və şirkətlərin işinin davam etdirilməsi üçün ən optimal həll yollarından biri olub.
Rusiyalı deputatın sözlərinə görə, pandemiya iş və istirahət arasında normal tarazlığı saxlamaq qabiliyyətini nümayiş etdirib və süni intellekt texnologiyalarının tətbiqi ağır fiziki tapşırıqları tədricən maşınlara yönləndirəcək, insanı işçidən onların operatoruna çevirəcək.
Bizim.Media
- A-
- A
- A+
Dünya
06:28 / 04.05.2022
Rusiyada dördgünlük iş həftəsinə keçiləcək
Hazırda oxunan: Rusiyada dördgünlük iş həftəsinə keçiləcək
Hazırda oxunan: Rusiyada dördgünlük iş həftəsinə keçiləcək
72619
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.