ABŞ Rusiya ilə ikinci SAVAŞ CƏBHƏSİNİ açır – “Müharibənin daha şiddətli dövrünə qədəm qoyuruq”

Hazırda oxunan: ABŞ Rusiya ilə ikinci SAVAŞ CƏBHƏSİNİ açır – “Müharibənin daha şiddətli dövrünə qədəm qoyuruq”

72425

ABŞ-ın Lend-liz proqramına start verməsi bir hədələmə taktikasıdır yoxsa 3-cü dünya müharibəsinə çağırış?

ABŞ yeni Lend-liz proqramını rəsmən açıq elan edib. Lend-liz ABŞ-ın İkinci Dünya müharibəsi zamanı müttəfiqlərə hərbi texnika və avadanlıqları icarəyə verdiyi və ya uzunmüddətli kreditə yönləndirdiyi bir proqramdır. 

Bizim.Media xəbər verir ki, ABŞ-ın Rusiyada səfiri olmuş Maykl Makfolun paylaşdığı məlumata görə ABŞ Ukraynaya 33 milyard dollar dəyərində yardım paketi göndərir və onun da 20 milyardı birbaşa hərbi sahə üzrə olacaq.

ABŞ-ın Lend-Liz proqramına start verməsi bir hədələmə taktikasıdır yoxsa 3-cü dünya müharibəsinə çağırış?
 

MÖVZU İLƏ BAĞLI:

ABŞ Rusiyanın təhlükəsizliklə bağlı zəmanət tələbinə CAVAB VERDİ - VİDEO


Siyasi ekspert Elman Vəliyev hesab edir ki, artıq iş hədələmək pilləsindən keçib: 

“ABŞ Lend-liz qanununu ilk dəfə 1941-ci ildə imzalamışdı. Düzdür, Birinci Dünya müharibəsində də bir xeyli borclar vermişdi, amma ən yüksək rəqəmlər ikincidə idi.
Əsas məqsəd nasist Almaniyasını məğlub etmək idi. Çünki 1941-ci ilə kimi Almaniya işğallarının həcmini bir xeyli genişləndirmişdi. ABŞ vaxt ilə lend-liz imzaladığı dövlətə qarşı "Soyuq müharibə" başlatmışdı”.

Ekspert açıqlayır ki, il 2022-dir və ABŞ ikinci dəfə bu qanuna, yəni yenidən müharibəyə start verir: 

“ABŞ Rusiya-Ukrayna konflikti başlayandan sonra bir neçə tərəfdaşına maliyyə ayırmağa başladı. ABŞ ilə Rusiya arasında "ikinci soyuq müharibə" başlayıb artıq. Yenə iki siyasi blok var. Bir tərəfdə NATO və alyansa daxil etmək istədiyi dövlət, digər tərəfdə də Rusiya və rıçaklarındakılar”.

Elman Vəliyev bu mübarizənin "odlu" savaşa dönəcəyini də istisna etmir: 

“Yəni, müharibənin daha şiddətli dövrünə qədəm qoyuruq. Hətta nüvədən istifadə edilməcəyini də istisna edə bilmərik. Rusiya məğlubiyyət qarşısında bunu son çarə kimi görə bilər. Rusiyasız bir dövlət, onsuz cızılan bir xəritə nəyə lazımdır deyən önəmli bir fiqur var! Ağıla gələn hər ehtimal özünü doğrulda bilər. Dünya artıq təkqütblülük uğurunda savaşın şahididir”.

Mia Quliyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin