Nemtsovun güllələndiyi ərazidən iki tapança tapıldı

Hazırda oxunan: Nemtsovun güllələndiyi ərazidən iki tapança tapıldı

72356

Dalğıclar hər gün çayın dibini yoxlayırlar.

Dalğıclar rusiyalı müxalifətçi Boris Nemtsovun güllələndiyi körpünün yaxınlığında, Moskva çayının dibindən iki tapança aşkar ediblər. 

Moderator.az -ın Trend-ə istinadən məlumatına əsasən, onlardan birinin B.Nemtsovun qətlində istifadə edilmədiyi dəqiqləşib. İkinci tapança üzrə ballistik ekspertiza isə hələ əldə edilməyib.

Məlumata görə, dalğıclar hər gün çayın dibini yoxlayırlar.

Xatırladaq ki, müxalif siyasətçi B.Nemtsov fevralın 28-də gecə saatlarında Moskvanın mərkəzində qətlə yetirilib. Qətlin təşkilinə görə Zaur Dadayev və Anzor Qubaşevə qarşı ittiham irəli sürülüb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin