Feyk reportajların müəllifi Semyon Peqov Ukraynadan saxta video yaydı - VİDEO

Hazırda oxunan: Feyk reportajların müəllifi Semyon Peqov Ukraynadan saxta video yaydı - VİDEO

72341

Reportajları ilə 2-ci Qarabağ savaşında Azərbaycana iftiralar atan, feyk reportajlar hazırlayan WarGonzo layihəsinin rusiyalı jurnalisti Semyon Peqov Ukraynada peyda olub.

Bizim.Media xəbər verir ki, bu haqda görüntülər sosial şəbəkələrdə yer alıb.

O, yenə də saxta video yayaraq reportajını guya müharibənin ən qızğın yerindən hazırladığını hər kəsə inandırmağa çalışıb. Ancaq arxa kadrlardan bunun feyk olduğu anlaşılır. Hadrutda olduğu kimi keçid kadrları burda da bir-birini tamamlamır.

Üstəlik o, istifadəçilərinə səmada PUA-ların dolaşdığını deyir və arxaya çevrilərək rusiyalı əsgərə atış açmağı məsləhət görür.

Xatırladaq ki, WarGonzo layihəsi Rusiyada yaşayan erməni mediamaqnat Aram Qabrelyanova məxsusdur.

Bizim.Media

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin