Dünyanın ən təhlükəli adamlarından biri - "Əl-Qaidə" terror qruplaşmasının keçmiş lideri Usama Bin Laden ölümündən sonra da insanlar üçün maraqlı olanlardan biridir. Onun ailəsi, övladları haqqında yayımlanan şəkillər, videolar indi də çoxlarını maraqlandırır.
ANS PRESS oxuculara terrorçunun nadir şəkillərini təqdim edir. Bu şəkillərdə Usama Bin Ladenin gənclik illəri, Əfqanıstan müharibəsi dövründə, sonda isə "Əl-Qaidə" terror təşkilatının lideri olaraq göstərilib. Bundan başqa, terrorçunun ailəsinin, övladlarının şəkilləri də insanlar maraqla qarşılayır.
Aşağıdakı şəkil 1971-ci ildə Usama Bin Laden 16 yaşında ikən İsveç şəhəri Falunu ziyarət edərkən çəkilib. Şəkildə səyahət zamanı qaldıqları Astoriya otelin sahibləri də var.

Usama Bin Laden (sağda)

"Əl-Qaidə" lideri 16 yaşında. Ailə qurmazdan 1 il əvvəl

Usama Bi Laden 1978-ci ildə Əfqanıstanda bir mağarada ilk dəfə əlinə silah alıb.

Terrorçu 1980-ci illərdə Əfqanıstanda. Burada o, 10 ilə yaxın sovet ordusuna qarşı vuruşub.



Usama Bin Laden 1998-ci ildə qarşısında Əfqanıstanın xəritəsi

Usama Bin Laden 1998-ci il dekabrın 24-də Əfqansıtanın Gilmend əyalətində bir qrup reportyorla görüş zamanı

Usama Bin Ladenin uşaqları Fatimə, Saad, Ömər, Məhəmməd, Osman və Abdullah. Bin Ladenin qızı Fatimə 12 yaşında ikən Səudiyyə Ərəbistanı döyüşçüsü ilə ailə qurub. Lakin iki il sonra hücumlar zamanı Əfqanıstanda ölüb.

Usama bin Ladenin oğulları Saad, Osman və Məhəmməd Bin Laden. Bəzi şayiələrə görə, üçüncü oğlu Saad İranda həbs edilib. Anası da daxil olmaqla hamı onun harada olması haqqında məlumatsız olub.
Usama Bin Laden və 10 yaşlı oğlu Əli

Usama Bin Ladenin 26 yaşlı oğlu Ömər Bin Laden və həyat yoldaşı Ceyn Feliks-Braun. Ömər atasının zülmünə qarşı ən çox etiraz edənlərdən olub

Ömər Bin Laden oğlu Əhmədlə 2005-ci ildə






Abdullah Bin Laden. Usama Bin Ladenin ən çox hörmət qazanan oğludur. Onun kiçik bizneslə məşğul olduğu deyilir


"Əl-Qaidə" liderinin oğlu Həmzə Bin Laden "Əl-Qaidə" təlimləri zamanı

Dünyanın ən təhlükəli terror təşkilatlarından biri olan "Əl-Qaidə"nin lideri Usama Bin Laden 2011-ci il mayın 2-də Pakistanda qətlə yetirilib

































































































