Tikrit İŞİD-dən alındı

Hazırda oxunan: Tikrit İŞİD-dən alındı

72158
İraq ordusu İŞİD-in nəzarətində olan Tikrit şəhərinə girib. 

ANS PRESS-in France-Presse agentliyinə istinadən verdiyi məlumata görə, hökumət qüvvələri və şiə polisi şəhərin şimal istiqamətindəki Kadisiya şəhərinə girib. İraq bayrağı Kadisiya şəhər hospitalının binası üzərinə qaldırılıb. 

Qeyd edək ki, Tikritə hücum 10 gün əvvəl başlamışdı. Martın 10-da Əl-Ələm şəhəri hökumət qüvvələri və şiə polisi tərəfindən alınmışdı. 

Ordu bir gün Tikrit şəhəri ətrafında dayanaraq silah-sursatlarını yeniləmişdi.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin