Azərbaycana Milanda 1800 kvadrat metr yer verildi - FOTO

Hazırda oxunan: Azərbaycana Milanda 1800 kvadrat metr yer verildi - FOTO

72078
2015-ci il mayın 1-dən oktyabrın 31-dək keçiriləcək “Milan Expo 2015”x9d beynəlxalq sərgisində Azərbaycan milli pavilyonla təmsil olunacaq. 

ANS PRESS-in məlumatına görə, Azərbaycanın sərgidə iştirakı üzrə təşkilatçı tərəfdaşı olan Heydər Əliyev Mərkəzindən Trend-ə verilən məlumata görə, hazırda milli pavilyonun hazırlanması istiqamətində işlər başa çatmaq üzrədir. Bütün dünyadan 30 milyonadək ziyarətçinin iştirakı ilə keçirilməsi nəzərdə tutulan sərgidə məqsəd sağlam həyat və ekologiyaya, təhlükəsiz və sağlam qidalanmaya diqqət cəlb etməkdir. Sərgi, həmçinin Azərbaycanla daha yaxından tanışlıq imkanı da verəcək.

Azərbaycan pavilyonu


"Milan Expo 2015"-də milli pavilyonumuzun təməli 2014-cü ilin iyulunda qoyulub. Pavilyon mayın 1-dən ziyarətçiləri qəbul edəcək.
"Planeti qidalandırmaq, həyat üçün enerji" (Feeding the Planet, Energy for Life) devizi altında keçirilən "Milan Expo 2015" sərgisindəki "Azərbaycan: Biomüxtəlifliyin xəzinəsi" adlandırılan 4 mərtəbəli, 1800 m2 ərazidə təşkil olunan milli pavilyonumuz ölkənin tarixi və mədəni irsini, zəngin ekoloji, enerji potensialını və unikal biomüxtəlifliyini tərənnüm edəcək. Xüsusi konsepsiyada dizayn edilmiş milli pavilyonda 6 ay ərzində müxtəlif təqdimatların edilməsi nəzərdə tutulur.

Sərginin əhəmiyyəti


"Milan Expo 2015" sərgisi Azərbaycanın tarixinin, mədəni irsinin dünyada tanıtımı və ölkənin iqtisadi-mədəni potensialının təqdimatı baxımından əhəmiyyət kəsb edir. Bu layihə eyni zamanda, Azərbaycanı sağlam həyat mənbəyi olan ölkə kimi tanıdan özəlliklərinin, həyata keçirilmiş ekoloji layihələrin bir daha təqdim olunmasına imkan verəcək.

Biomüxtəliflik


Biomüxtəlifliyin qorunması və ekoloji problemlərin həlli istiqamətində, milli təbii sərvətlərin bərpasının təmin edilməsində və mühafizəsində, yerli və beynəlxalq ekoloji layihələrin həyata keçirilməsində görülmüş işlər də ölkə pavilyonunun daxili tərtibatında öz xüsusi yerini tapacaqdır. Pavilyonda olan 150-yə yaxın monitorda Azərbaycanın musiqi və kinematoqrafiya inciləri, adət və ənənələrinə, incəsənətinə dair müxtəlif materiallar nümayiş etdiriləcək.

Milli pavilyon 6 ay ərzində Milanda "Azərbaycan dünyası"nı daha yaxından görmək imkanı yaradılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin