ÜST-dən hamını sevindirən XƏBƏR: yoluxma sayı 21 faiz azalıb

Hazırda oxunan: ÜST-dən hamını sevindirən XƏBƏR: yoluxma sayı 21 faiz azalıb

71809

Son bir həftə ərzində dünyada 4,5 milyondan çox insan koronavirus infeksiyasına yoluxub, 15 mindən artıq insan isə koronavirusdan ölüb.

Bizim.Media xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) həftəlik bülletenində deyilir.

Məlumata əsasən, daha öncəki həftə ilə müqayisədə yoluxma hallarının sayı 21 faiz, ölüm hallarının sayı isə 20 faiz azalıb.

"Aprelin 18-dən 24-dək koronavirusa 4 548 226 nəfər yoluxub, 15 134 nəfər isə koronavirusdan ölüb. Bir öncəki həftə ilə müqayisədə yoluxma hallarının sayı 21 faiz, ölüm hallarının sayı isə 20 faiz azalıb", - deyə bülletendə bildirilir.
Qeyd edək ki, son sutka dünyada koronavirusa 681 966 yoluxma, 2 206 ölüm halı qeydə alınıb. Hazırkı dövrədək koronavirusa yoluxanların sayı 508 827 830 nəfərə, ölənlərin sayı isə 6 227 291 nəfərə çatıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin