Fransada Yeni il gecəsi 861 avtomobil yandırılıb.
Bizim.Media xəbər verir ki, bu barədə “Europe 1” radiosu məlumat yayıb.
Məlumata görə, ötən il yanvarın 1-nə keçən gecə bundan 41 faiz çox - 1457 avtomobil yandırılıb.
Daha əvvəl fransız mətbuatı Yeni il ərəfəsində komendant saatına nəzarət etmək üçün ölkədə 100 mindən çox polis və jandarmanın səfərbər ediləcəyini yazıb.
Qeyd edək ki, 30 oktyabrdan başlayaraq Fransada koronavirusun növbəti dalğası ilə bağlı yenidən karantin tətbiq edilib. Hökumət sözçüsü Qabriel Attalın deyib ki, 15 departamentdə komendant vaxtı saat 18.00-da başlayacaq.
Bizim.Media

- A-
- A
- A+
Dünya
							12:57 / 02.01.2021
							
						Yeni il gecəsi 861 avtomobil yandırılıb - FOTO
						
							
								Hazırda oxunan: Yeni il gecəsi 861 avtomobil yandırılıb - FOTO							
						
					
					
					
					
					
					
								Hazırda oxunan: Yeni il gecəsi 861 avtomobil yandırılıb - FOTO							
						7175
					© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
					
					
					
					
					Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



























































































