Dünyanın Neolit dövrünün ən əhəmiyyətli yaşayış məskənlərindən biri olan Göbəklitəpə 2021-ci ildə 567 453 nəfəri qəbul edərək müasir tarixində ən çox ziyarətçi sayına çatıb.
Bizim.Media xəbər verir ki, 2018-ci ildə UNESCO-nun Dünya İrs Siyahısına daxil edilən Göbəklitəpə ziyarətçilərə açıq olduğu gündən yerli və xarici turistlərin böyük marağına səbəb olub.
Göbəklitəpənin 2022-ci ildə daha çox ziyarətçi cəlb edəcəyi gözlənilir. Türkiyənin Şanlıurfa şəhərinin 15 kilometr şimal-şərqində, Örəncik kəndi yaxınlığında yerləşən Göbəklitəpə kəşf edildiyi gündən yerli və xarici turistlərin diqqətini çəkir.
Göbəklitəpənin tarixi eramızdan əvvəl 9600-cü ilə aiddir. Burada hündürlüyü 5,5 metr olan “T” formalı obelisklər insan tərəfindən yaradılmış memarlığın ilk nümunələridir.
Mifoloji hekayəni xatırladan heyvan motivləri, həndəsi formalar və insan fiqurları olan bu obelisklər Göbəklitəpənin inanc mərkəzi kimi istifadə edildiyini göstərir. Metal alətlərin hələ mövcud olmadığı bir dövrdə ildırımdan oyulmuş Göbəklitəpə obeliskləri həm də dünyanın ən qədim heykəlləri və bəşər tarixinin ən qədim sənət əsərləridir.
Alçina Amilqızı, Bizim.Media
- A-
- A
- A+
Dünya
18:00 / 27.04.2022
Göbəklitəpə ziyarətçi REKORDUNU qırdı - FOTO
Hazırda oxunan: Göbəklitəpə ziyarətçi REKORDUNU qırdı - FOTO
Hazırda oxunan: Göbəklitəpə ziyarətçi REKORDUNU qırdı - FOTO
71736
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.