Qazaxıstanda ölüm hökümü rəsmən ləğv edilib.
Bizim.Media xəbər verir ki, bu barədə Qazaxıstan prezidentinin mətbuat xidməti məlumat yayıb.
Məlumtda bildirilib ki, Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev ölkədə ölüm hökmünün ləğv edilməsinə yönəlmiş BMT-nin Mülki və siyasi hüquqlara dair Beynəlxalq Paktının ikinci fakultativ protokolunun təsdiq edilməsi haqqında qanunu imzalayıb.
Beynəlxalq sənədə əsasən, protokolu imzalayan ölkələr ölüm hökmünü tətbiq etməmək və öz yuridiksiyası daxilində onun ləğvi üçün bütün lazımi tədbirləri görmək kimi öhdəliklər götürür.
Hazırda respublikada edam cəzasına moratorium qoyulub. 17 dekabr 2003-cü ildə Qazaxıstanın ilk Prezidenti Nursultan Nazarbayev ölüm hökmünün ləğvi barədə qərar çıxana qədər cəzaların icrasına müddətsiz moratorium tətbiq olunduğunu elan edib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
11:27 / 02.01.2021
Qazaxıstanda ölüm hökmü ləğv edildi
Hazırda oxunan: Qazaxıstanda ölüm hökmü ləğv edildi
Hazırda oxunan: Qazaxıstanda ölüm hökmü ləğv edildi
7167
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.