Məxfi plan açıqlandı

Hazırda oxunan: Məxfi plan açıqlandı

71643
Türkiyə kəşfiyyatı gizli olaraq ölkədə əsas müxalifət partiyaların bağlanması üzrə xüsusi əməliyyat planı hazırlayır. 

ANS PRESS-in məlumatına görə, bu barədə Cünhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu CNN TURK telekanalına müsahibəsində bildirib.

O, hazırlanan əməliyyatın detalları barədə daha sonra məlumat verəcəyini söyləyib.

Siyasətçi hakim partiyanın Xalqların Demokratik Partiyasının (XDP) arasında danışıqları sərt tənqid edib və söyləyib ki, bu, hökumətin seçkiqabağı manipulyasiyasıdır və ölkədə gərginliyə yol açır.

K.Kılıçdaroğlu "etibarsızlıqla tikilmiş prosesin" arzu olunan nəticə gətirməyəcəyini vurğulayıb.

Bəzi ekspertlərin fikrincə, müxalifət partiyalarının bağlanması məsələsi ölkədə qarşıdurmanı daha da böyüdür. AKP və XDP iyunun 7-nə nəzərdə tutulmuş parlament seçkiləri ərəfəsində taktiki addım ataraq ittifaq yaradıb kürdlərin elektoratını almaq istəyir. 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin