Bu gün ABŞ-ın Los-Ancles şəhərində təbii xəzdən hazırlanan əşyaların satış və istehsalına qadağa qüvvəyə minib.
Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, mübafiq qadağa yeni ilin ilk günündə qüvvəyə minən qanunla tənzimlənəcək.
2019-cu ildə təsdiqlənən qanun daha sonra şəhərin meri Erik Qarsetti tərəfindən imzalanıb. Qeyd edək ki, Los-Anclesin meri ətraf mühitin mühafizəsinə həssas insanlardandır.
Heyvanlara qarşı mənasız qəddarlığa qarşı yönələn oxşar qanunlar daha əvvəl Berkli və San-Fransisko şəhərlərində də təsdiqlənib.
Bizim.Media





























































































