Avropa Şurası Parlament Assambleyasının yaz sessiyası işə başladı – ƏSAS MÖVZU...

Hazırda oxunan: Avropa Şurası Parlament Assambleyasının yaz sessiyası işə başladı – ƏSAS MÖVZU...

71320

Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyasının ikinci hissəsi hibrid formatda işə başlayıb.

Yaz sessiyası siyasi qrupların iclasları ilə start götürüb. Yaz sessiyasının əsas mövzusu Rusiya-Ukrayna münaqişəsinin nəticələrinə dair ümumi siyasi müzakirələrin aparılması olacaq.

Bizim.Media xəbər verir ki, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, AŞPA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti yaz sessiyasında iştirak edir.

Yaz sessiyası çərçivəsində İtaliya Respublikasının Prezidenti Sercio Mattarella Assambleyada çıxış edəcək və parlamentarilərin suallarını cavablandıracaq.

Həmçinin Assambleyanın sessiyasında Avropa Şurası ilə Aİ arasında strateji tərəfdaşlığın gücləndirilməsi, Avropada əsl demokratiyanın qorunması və təşviqi, eləcə də müsadirə edilmiş cinayət aktivlərindən necə səmərəli istifadə etməyə dair hesabatlar müzakirə olunacaq.

Gündəliyə əlilliyi olan insanların qeyri-institusionallaşdırılması, hüquq-mühafizə orqanları tərəfindən həddindən artıq və əsassız güc tətbiqinin qarşısının alınması, Gürcüstanın öhdəliklərinə əməl etməsi və digər məsələlərə dair məruzələr də daxildir.
Sessiya çərçivəsində Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı 2021-ci il üçün illik fəaliyyət hesabatını təqdim edəcək və parlamentarilərin suallarını cavablandıracaq.

Sessiyanın gündəliyinə, həmçinin Avropa Şurası Parlament Assambleyasının üzvləri tərəfindən Avropa Şurasının Baş katibinə sual sessiyası, eləcə də Nazirlər Komitəsinin ənənəvi müraciəti daxildir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin