Ukrayna prezidenti Volodimir Zelenski Emmanuel Makronu Fransa prezidenti seçkilərində qalib gəlməsi münasibəti ilə təbrik edib.
Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna dövlət başçısı özünün "Twitter" hesabında yazıb.
"Fransa prezidenti və Ukraynanın əsl dostu Emmanuel Makronu seçkilərdə qələbəsi münasibətilə təbrik edirəm. Emmanuel Makrona Fransa xalqının rifahı naminə uğurlarının davamlı olmasını arzulayıram. Mən Fransanın dəstəyini yüksək qiymətləndirirəm və əminəm: yeni ümumi qələbələrə doğru birlikdə addımlayırıq! Güclü və vahid Avropaya", - deyə V.Zelenski bildirib.
Félicitations à @EmmanuelMacron, un vrai ami de l’Ukraine, pour sa réélection! Je lui souhaite de nouveaux succès pour le bien du peuple ??. J'apprécie son soutien et je suis convaincu que nous avançons ensemble vers de nouvelles victoires communes. Vers une Europe forte et unie!
— Володимир Зеленський (@ZelenskyyUa) April 24, 2022
Bizim.Media